Главная > Manset > Qarabağda yeni avtomobil yolları çəkiləcək

Qarabağda yeni avtomobil yolları çəkiləcək


18-12-2020, 10:13. Разместил: azadses
Göygöl rayonundan Kəlbəcər rayonuna yeni avtomobil yolu çəkiləcək.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş idarə rəisi Hidayət Rüstəmov bildirib.

"Bu yolun Murovdağdan keçməklə, Göygölün Toğanalı kəndindən Kəlbəcər şəhərinə, oradan isə İstisya qədər - 102 km olmasını nəzərdə tuturuq. Yol 3 zolaqdan ibarət olacaq ki, dağlıq ərazilərdə yük maşınları minik maşınlarına mane olmasın. Hazırda həmin yolun layihəsi hazırlanır", - deyə o, qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonundan Laçın rayonuna da dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.

"Həmçinin Qubadlı-Laçın avtomobil yolunun tikintisi, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yolunun isə yenidən magistral yol kimi çəkilməsi nəzərdə tutulur", - deyə H.Rüstəmov əlavə edib.



Вернуться назад