Главная > Manset > AMEA-da iki şöbə birləşdirildi

AMEA-da iki şöbə birləşdirildi


22-01-2021, 14:34. Разместил: azadses
AMEA-nın Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsi müvəqqəti olaraq Əhali və demoqrafiya şöbəsinə birləşdirilib.

''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu barədə institutun Elmi Şurasının iclasında bildirilib.

Qeyd olunub ki, bu, Əhali və demoqrafiya şöbəsinin müdiri Nizami Eyyubovun dünyasını dəyişməsilə əlaqədardır.

Bildirilib ki, hər iki şöbəyə Zakir Eminov rəhbərlik edəcək.


Вернуться назад