Главная > Manset > Ötən il bank filialları azalsa da, ATM-lərin sayı artıb

Ötən il bank filialları azalsa da, ATM-lərin sayı artıb


27-01-2021, 09:59. Разместил: azadses
2020-ci ilin sonuna maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat verilib.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, ötən ilin sonuna ölkədə dövlət banklarının sayı 2, özəl bankların sayı 24, xarici kapitallı bankların sayı isə 12 olub. İlin əvvəlindən sonuna qədər 4 özəl bank fəaliyyətini dayandırıb. Hazırda, ölkədə 2 xarici bankın yerli filialı fəaliyyət göstərir.   
İlin əvvəlindən sonuna qədər bank filiallarının sayı 10,6 faiz azalaraq 455-ə endirilib. Eləcə də, bank şöbələrinin sayı 18 faiz azalaraq 109 olub.
Ötən il ərzində bank ATM-lərinin sayı isə 2,6 faiz artaraq 2 715 ədəd olub. Dövrün sonuna qədər bank işçilərinin sayı 3,9 faiz azalaraq 18 708 olub.
2020-ci ilin sonuna qədər ölkədə 91 bank olmayan kredit təşkilatı (onlardan 90-nı özəl BOKT-lərdir) fəaliyyət göstərib, o cümlədən, 42-si bank olmayan kredit ittifaqıdır. Eləcə də, ilin sonuna qədər 4 BOKT lisenziya alıb və 3 BOKT-un lisenziyası isə ləğv edilib.
BOKT-larda fəaliyyət göstərən işçilərin sayı isə ilin əvvəli ilə müqayisədə 5,1 faiz artaraq 2 236 nəfər olub. Bu kredit təşkilatlarının filiallarının sayı isə 8,3 faiz artaraq 247-ə çatıb.


Вернуться назад