Главная > Manset > Ali Baş Komandan: "Nəyi demişəmsə, onu da etmişəm"
Ali Baş Komandan: "Nəyi demişəmsə, onu da etmişəm"27-01-2021, 13:23. Разместил: azadses |
![]() ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. "Bir daha demək istəyirəm ki, sizin üzərinizə çox böyük məsuliyyət düşür. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və Şuşanın dirçəldilməsi işində öz fəal rolunuzu oynayacaqsınız. Yəqin onu da bilirsiniz və şübhə etmirsiniz ki, Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa yenə də öz tarixi simasını bərpa edəcəkdir. Sizə uğurlar arzulayıram", - dövlət başçısı bildirib. Вернуться назад |