Главная > Manset > Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək - FƏRMAN


5-02-2021, 14:16. Разместил: azadses
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 
Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb. 
Dəyişikliyə əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 
Bundan başqa, Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir.Oxu.az


Вернуться назад