Главная > Manset > Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ
Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ7-04-2020, 22:33. Разместил: azadses |
![]() Azadsəs xəbər verir ki, Nazirlər Kabinetinin bu gün açıqlanan Qərarına görə, Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2. əmək pensiyaçılarına; 3. aylıq müavinət alanlara; 4. aylıq təqaüd alanlara; 5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 6. işsizlikdən sığorta ödənişi alanlara; 7. peşə hazırlığına görə təqaüd alanlara; 8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 10. əri və ya arvadı bu Qaydanın 1-ci - 8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Вернуться назад |