Главная > Manset > Yuri Lesniçi: “Ölkənizdə adambaşına düşən ÜDM yüksəkdir” – MÜSAHİBƏ
Yuri Lesniçi: “Ölkənizdə adambaşına düşən ÜDM yüksəkdir” – MÜSAHİBƏ8-04-2020, 14:24. Разместил: azadses |
Bu həftə telekonfrans yolu ilə OPEK+ toplantısı keçiriləcək. Konfrans iştirakçıları, ehtimal ki, neft hasilatının azaldılmasına razılıq verəcəklər, bu isə “qara qızıl”ın qiymətinin sabitləşməsinə kömək edəcək. “Reuters” agentliyinin mənbələri müzakirələrin cümə axşamı, aprelin doqquzunda keçiriləcəyini söyləyirlər. Ancaq OPEK+ yalnız ABŞ-ın da güzəştə gedəcəyi təqdirdə neft hasilatını azaltmağa razılıq verəcək. ABŞ Prezidenti Donald Tramp isə, öz növbəsində, OPEK+ bu cür qərar verərsə, ölkəsinin neft hasilatını azaldacağını istisna etməyib. İstənilən halda, neft hasil edən ölkələr arasında müsbət əhval-ruhiyyə müşahidə olunur. Təsadüfi deyil ki, dünyanın ən böyük neft şirkəti sayılan “Saudi Aramco” may fyuçerslərinin dərcini aprelin 10-dək təxirə salıb. Bundan əlavə, G20 ölkələrinin energetika nazirlərinin, “Bloomberg” mənbələrinin bildirdiyinə görə, aprelin 10-na planlaşdırılan təcili iclasının keçirələcəyi ilə bağlı xəbərlərdən sonra neft qiymətləri artdı. Bu görüş OPEK+ iclası yenidən təxirə salınacağı halda ona alternativ rolunu oynayacaq. Qeyd etmək lazımdır ki, neftin qiymətlərinin aşağı düşməsi artıq Amerikanın şist nefti hasil edən şirkətlərinin onlarla, yüzlərlə qazma qurğusunun fəaliyyətinin azalmasına gətirib çıxarıb. Bu barədə “Baker Hughes” servis şirkəti məlumat verib. Ukrayna Təhlil və Proqnozlaşdırma İnstitutunun direktoru Yuri Lesniçi Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, OPEK+ həqiqətən neftin barelinin qiymətinə təsir edə biləcək hasilatın azaldılması ilə bağlı razılaşmalar əldə edə bilər. - Aprelin doqquzunda “OPEK+”un “virtual sammit”i keçirilə bilər. Ekspertlər neftin qiymətinin aşağı düşməsini yalnız koronavirus pandemiyası ilə deyil, həmçinin iştirakçı ölkələrin bir neçə həftə əvvəl razılığa gələ bilməməsi səbəbindən pozulan OPEK+ sazişi ilə əlaqələndirirlər... - Vəziyyəti belə başa düşürəm: yaxınlaşan böhran fonunda OPEK+ ölkələrindən biri neft hasilatını azaltmağı davam etdirməyi təklif edib. Lakin növbəti azalma razılaşmada iştirak edən digər ölkələri qane etməyib. Rusiyada anladılar ki, hasilat səviyyəsinin azaldılması qiymətlərin qorunub saxlanılmasına kömək edəcək. Lakin bu, ABŞ-da şist nefti istehsal edən rəqiblər üçün əlverişli olacaq. Nəticədə, OPEK+ sazişi pozuldu. Moskvada deyirlər ki, səudiyyəlilər sazişdən çıxdılar, Ər-Riyadda isə tam əksini iddia edirlər. Düşünürəm ki, indi sövdələşmə gedir. Həmçinin digərlərinin hasilatı azaltdığı halda bəzi ölkələrin hasilatı əvvəlki səviyyədə saxlaması və hətta artırması faktına da diqqət yetirmək lazımdır. İndi Rusiya hasilatı azaltmağa hazırdır, çünki Amerikadakı rəqiblərə artıq müəyyən ziyan vurulub, baxmayaraq ki, bu, ani hal ola bilər. Ümumiyyətlə, hesab edirəm ki, artıq bu həftə OPEK+ sazişini bərpa etmək tamamilə mümkündür. - Bəs bu “neft müharibəsi”ndə kim qalib gəldi? - Ukraynada bir məsəl var: “Poki tovstiy sxudne, xudiy zdoxne”, yəni “gombul arıqlayana qədər arıq ölər”. Mənə belə gəlir ki, heç kim Amerika ilə, hətta səudiyyəlilərlə belə rəqabət apara bilməz. Odur ki, Rusiya indi ümumi qaydalara uyğun oynayacaq. Bunun kəşfiyyat döyüşü olması da mümkündür. - “Moody's” reytinq agentliyi bir neçə ölkənin neft qiymətlərinin düşməsi ilə bağlı şoklardan daha az zərər görəcəyini bildirib. Onların arasında Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Qazaxıstan da var. Venesuela və İran siyahıda göstərilməyib. - Venesuela və İran ciddi sanksiyalar altındadır. Neft qiymətləri isə faktiki olaraq həyatın dəyəridir. Rusiya “qara qızıl” baha olanda “piy qatı”nı artırdı. Bundan əlavə, hərbi-sənaye kompleksi, yəni silah və texnologiyaların ticarəti, həmçinin nüvə sənayesi mövcuddur. Azərbaycana gəlincə, təəccüblənmirəm. Ölkənizdə adambaşına düşən ÜDM yüksəkdir. Təbii ki, çətinliklər var. Lakin Azərbaycanın topladığı ehtiyatları nəzərə alsaq, “Moody's”in qiymətləndirməsi tamamilə ədalətlidir. Вернуться назад |