Главная > Manset > Türkiyədə koronavirus məhdudiyyətlərin əksəriyyəti ləğv edilir
Türkiyədə koronavirus məhdudiyyətlərin əksəriyyəti ləğv edilir10-06-2020, 10:45. Разместил: azadses |
Türkiyədə yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən məhdudiyyətlərin əksəriyyəti ləğv edilir. Azad Səs-in məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bildirib: "Biz mövcud vəziyyəti qiymətləndirdik və nəticələrini bildiririk. Yaşı 18-dən aşağı olan şəxslər üçün küçəyə çıxmaq qadağasını tam ləğv edirik. Yaşı 65-dən yuxarı olan şəxslər saat 10:00-dan 20:00-dək küçəyə çıxa bilərlər. Kinoteatrlar, teatrlar, sərgi zalları iyulun 1-dən etibarən müəyyən şərtlərlə işləyəcəklər. İyulun 1-dən həmçinin toy salonları da fəaliyyətini bərpa edəcək. Bundan əlavə, kafe, restoran və yeməkxanaların iş saatı saat 00:00-dək uzadılır". T.Ərdoğan əlavə edib ki, Türkiyənin Elmi və Texniki Tədqiqatlar Şurasının (TÜBITAK) alimləri COVİD-19-un müalicəsi üçün "Favipiravir" dərmanını uğurla sintezləşdirə bildilər. Вернуться назад |