Главная > Manset > AZAL Berlinə xüsusi reyslər açır

AZAL Berlinə xüsusi reyslər açır


9-07-2020, 11:00. Разместил: azadses
İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. 
Azad Səs-in məlumatına görə, uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək. Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə reallaşacaq. 
Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.
Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.
Xatırladaq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. 

Вернуться назад