Главная > Manset > Ərdoğan Ermənistanın Tovuza hücumunun arxasında hansı ölkənin dayandığına işarə edib

Ərdoğan Ermənistanın Tovuza hücumunun arxasında hansı ölkənin dayandığına işarə edib


23-07-2020, 10:41. Разместил: azadses
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan ordusunun iyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə qəfil hücumunun “Ermənistanın boyunu aşdığını” bildirib və bunun arxasında başqa ölkənin dayandığına ehyam vurub. Azad Səs-in məlumatına görə, türkiyəli strateji məsələlər və təhlükəsizlik eksperti Coşkun Başbuğ bu barədə “Yeni Akit” qəzetinə danışıb. O, Ermənistanın hücumunun arxasında Rusiyanın dayandığını deyib: 
“Ermənistanın həyata keçirdiyi və Rusiyanın arxasında durduğu hücumların bir məqsədi var. Tovuz bölgəsinə edilən hücum Türkiyənin enerji təchizatı yollarına edilmiş hücumdur. Prezident Ərdoğan “bunu kimin etdiyini bilirik” demişdi. Şübhəsiz ki, Rusiyaya işarə etmişdi. Rusiyanın Ermənistanda kritik hərbi bazaları var. Rusiya Avropanı enerjidə özündən asılı hala gətirdi. Burada yürütdüyü siyasət də budur.  Türkiyəni enerjidə özündən asılı hala gətirmək istəyir. Rusiya nədən bu münaqişəni qızışdırır? Bunun iki səbəbi var. Birincisi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq anlaşmaları əldə edildi. İkincisi bu, Türkiyəyə yeni cəbhə açmaq cəhdidir”,-o bildirib.

Вернуться назад