Главная > Manset > Rəsmi Bakıdan Hindistana başsağlığı
Rəsmi Bakıdan Hindistana başsağlığı8-08-2020, 09:11. Разместил: azadses |
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib. Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında bildirilib. “Biz Hindistanda baş verən təyyarə qəzasından dərin təəssüf hissi keçiririk. Bu faciəvi təyyarə qəzasında ölənlərin yaxınlarına səmimi qəlbdən başsağlığı veririk. Yaralıların isə tezliklə sağalmasını arzulayırıq”, - deyə, XİN -in açıqlamasında qeyd olunub. Xatırladaq ki, Dubaydan uçan “Air India Express” hava yollarına məxsus təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb. Ən son məlumatlara görə, hadisə nəticəsində 20 nəfər ölüb, 140 nəfər isə xəsarət alıb. Вернуться назад |