Главная > Manset / Dünya > Rəsmi Kiyev elan edib: "Əks hücum əməliyyatları başlayıb"
Rəsmi Kiyev elan edib: "Əks hücum əməliyyatları başlayıb"25-05-2023, 17:53. Разместил: azadses |
“Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb”. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. O bildirib ki, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir: “Əks-hücum əməliyyatları artıq bir neçə gündür davam edir”. Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək: “Biz yalnız işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün çalışırıq. Biz silahlarda Donbas və Krımda Rusiyanın mövqelərini məhv etmək üçün istifadə edirik”. Вернуться назад |