Главная > Manset / Cəmiyyət > Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib
Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib1-06-2023, 20:29. Разместил: azadses |
Ötən gecədən Lahıc-İsmayıllı istiqamətində gələn sel daşqınları kəndlərdə elektrik təchizatında bir sıra problemlərə səbəb olub. Eləcə də axşamdan Lahıc yolu uçqun səbəbindən bağlanıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə Şöbəsinin müdiri Namiq Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıc yolunda baş verən dağ uçqununun fəsadlarının aradan qaldırılması üçün səhər saat 06:00-dan etibarən ərazidə üç texnika çalışır: “Hər hansı can itkisi yoxdur. Mövcud vəziyyətin aradan qaldırılması və yolun açılması istiqamətində işlər davam etdirilir. Hətta son məlumata görə, artıq Lahıc yolunda hərəkət bərpa edilib. İsmayıllıda sel ilə bağlı problem olmayıb. Güclü külək səbəbindən bir sıra evlərin və İsmayıllı rayon Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Aidiyyəti üzrə zəruri tədbirlər görüləcək”. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatının Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, sel keçən ərazilərdə vəziyyət stabildir: “Hazırda da İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları ərazidə işləyir. Səhərə kimi bütün texnikalarımız və işçi heyətimiz selin ötürülməsi üçün əlindən gələni edib. Göyçayda çay bir qədər məcrasından çıxıb, amma ağır fəsadlar yoxdur. Qalan çaylarda vəziyyət stabildir, ağır təhlükəli vəziyyət yoxdur. Lahıc yolundakı uçqun səbəbindən isə çaylarda hər hansı daşqın müşahidə edilməyib”. Könül Cəfərli Вернуться назад |