Главная > Manset / İdman > "Trabzonspor" Azərbaycan millisinin futbolçusunu icarəyə götürə bilər

"Trabzonspor" Azərbaycan millisinin futbolçusunu icarəyə götürə bilər


16-06-2023, 16:29. Разместил: azadses
İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

"Report" "Gunebakis" nəşrinə istinadən xəbər verir ki, "Trabzonspor" 24 yaşlı hücumçu ilə maraqlanır.

Dadaşovun klubu ilə daha bir mövsümlük müqaviləsi olduğu üçün Qara dəniz təmsilçisi onu icarə əsasında heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm "Qrasshopper"in heyətində 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Вернуться назад