Главная > Manset / İqtisadiyyat > Mikayıl Cabbarov: "Azərbaycanın regionlarında vergi yığımı 21 % artıb"

Mikayıl Cabbarov: "Azərbaycanın regionlarında vergi yığımı 21 % artıb"


20-06-2023, 17:19. Разместил: azadses
Bu ilin I rübü ərzində Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur", - nazir qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.


Вернуться назад