Главная > Manset / Dünya > Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu
Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu27-06-2023, 18:34. Разместил: azadses |
Mütəxəssislər dünyanın ən çirkli havası olan şəhərini açıqlayıblar. “IQAir” monitorinq agentliyinin məlumatına görə, bu, Kanadanın Monreal şəhəridir. İyunun 26-da Monrealda havanın keyfiyyət indeksi (AQI) 155 vahidə çatıb. İndeks çirkləndiricilərin konsentrasiya səviyyəsini və bununla əlaqədar sağlamlıq risklərini əks etdirir. 151-200 arası çirklənmə səviyyəsi immuniteti zəifləmiş, xroniki xəstəlikləri, ürək və ağciyər xəstəlikləri olan insanlar, həmçinin uşaqlar və yaşlılar üçün təhlükəlidir. Bu zaman bütün vətəndaşların küçədə qalmasının məhdudlaşdırılması tövsiyə olunur. Reytinqdə ikinci yerdə İndoneziyanın Cakarta (152), üçüncü yerdə Çinin Çenqdu şəhəri (116) qərarlaşıb. Qeyd edək ki, Kanadada baş verən meşə yanğınları səbəbindən Torontoda, eləcə də paytaxt Ottavada havanın keyfiyyəti kəskin şəkildə pisləşib. Mənbə: lenta.ru Вернуться назад |