Главная > Manset / Cəmiyyət > Dövlət Dəniz və Liman Agentliyi Xəzərdə üzən gəmilərə xəbərdarlıq edib
Dövlət Dəniz və Liman Agentliyi Xəzərdə üzən gəmilərə xəbərdarlıq edib29-07-2023, 11:11. Разместил: azadses |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi bu gündən Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq Şimal-Qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə “Report”a Agentlikdən məlumat verilib. Bildirilir ki, iyulun 29-dan Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır. Вернуться назад |