Главная > Manset / Siyasət > “AŞPA prezidenti ermənipərəst mövqe tutur” - RƏY

“AŞPA prezidenti ermənipərəst mövqe tutur” - RƏY


2-08-2023, 20:02. Разместил: azadses
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks ermənipərəst mövqe tutur”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib.

AŞPA rəhbərinin iyulu 31-də səsləndirdiyi qərəzli bəyanata münasibət bildirən deputat vurğulayıb ki, T.Koks hər dəfə sətiraltı və ya açıq formada bu mövqeyini ortaya qoyur:

“Azərbaycan Laçın yolunu humanitar daşımalara bağlamayıb, sadəcə olaraq ermənilərin terrorçu fəaliyyətini dayandırmaq üçün atılan müəyyən addımlar var. Bu baxımdan Koksun bəyanatı olduqca absurddur. Hətta mövcud vəziyyətdə faktaraşdırıcı missiya gəlib Ermənistanı gəzib qayıda bilər. Çox maraqlıdır ki, həmin faktaraşdırıcı missiya niyə Qarabağ dağıdılanda, ermənilər torpağımızda vəhşiliklər törədəndə gəlib ərazidə azərbaycanlıların yaşadığı humanitar faciəni qiymətləndirmədi? AŞPA belə açıqlamalarla özünü daha da nüfuzdan salır, qərəzli və bütövlükdə, Azərbaycana qarşı terrorçuları dəstəkləyəcək bir mövqe ifadə etdiyini açıq şəkildə göstərir. Çünki bu gün faktiki olaraq bölgədə erməni terrorunun dayandırılmasından söhbət gedir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan Avropa dəyərlərinin qoruyucusu kimi çıxış edir, bölgədə terrorun qarşısını alır:

“Çünki ermənilərdən başqa bölgədə terror gerçəkləşdirən millət yoxdur. Ermənistanın ərazisinə girən yoxdur, amma hamı onu müdafiə edir. Bu o deməkdir ki, ortada qərəzli yanaşma var. Azərbaycan isə bu cür qərəzli davranışı qəbul edə bilməz. Azərbaycanı töhmət altında saxlamaq istəyənlərə imkan verməyəcəyik”.

Xatırladaq ki, iki gün öncə Tini Koks bəyanat yayaraq Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyətin daha da pisləşdiyini bildirib. AŞPA prezidenti bu səbəblə Assambleyanın 20 iyun tarixində Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya təşkil etmək istəyini xatırladıb. Bildirib ki, 12 dekabr 2022-ci il tarixindən etibarən Laçın yoluna sərbəst və təhlükəsiz giriş təmin olunmur və buna görə ermənilərin yaşam şəraitini yerində qiymətləndirmək lazımdır.


Вернуться назад