Главная > Manset / Cəmiyyət > Dövlət İmtahan Mərkəzinin rəhbəri abituriyent və valideynlərə müraciət edib

Dövlət İmtahan Mərkəzinin rəhbəri abituriyent və valideynlərə müraciət edib


11-08-2023, 21:01. Разместил: azadses
“Abituriyentlər hansı ixtisasda özlərini mütəxəssis kimi görmək istəyirsə, o istiqamətdə ixtisas seçməlidirlər”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, valideynlərə müraciət edərək bildirib ki, ixtisas seçimində övladlarının istəyini nəzərə alsınlar:

“Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir”.


Вернуться назад