Главная > Manset / Dünya > ABŞ dövlət katibinin keçmiş köməkçisi: “Birqütblü dünya dövrü başa çatıb”
ABŞ dövlət katibinin keçmiş köməkçisi: “Birqütblü dünya dövrü başa çatıb”16-08-2023, 12:52. Разместил: azadses |
“Çevriliş cəhdinin olduğu Nigerdəki vəziyyət birqütblü dünya dövrünün başa çatdığını sübut edir”. “Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Afrika məsələləri üzrə keçmiş köməkçisi Tibor Nad “Politico”ya müsahibəsində deyib. O qeyd edib ki, Amerika tərəfinin təhdid və vədlərinə baxmayaraq, hərbçilər üsyanı dayandırmaq istəmədi. O əlavə edib ki, ABŞ dünyada öz təsirinin azalması ilə üzləşir, digər dövlətlər isə onu artırır. Nəşr vurğulayıb ki, Vaşinqton Nigerə ən azı 600 milyon dollar sərmayə qoyub, yerli hərbçilərə təlim keçib və nəticədə çevrilişi qismən dəstəkləyib. Вернуться назад |