Главная > Manset / Cəmiyyət > Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?


3-09-2023, 14:31. Разместил: azadses
Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 04-ü səhərədək davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 04-ü gündüz və 05-də havanın sabit olacağı, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.


Вернуться назад