Главная > Manset / Dünya > Finlandiya maliyyə problemləri səbəbindən dəmiryol işçilərini ixtisar edir

Finlandiya maliyyə problemləri səbəbindən dəmiryol işçilərini ixtisar edir


10-09-2023, 16:13. Разместил: azadses
Finlandiya maliyyə problemləri səbəbindən dəmiryol işçilərini ixtisar etməyi planlaşdırır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya dövlət dəmiryol şirkəti məlumat yayıb.

Məlumata görə, maliyyə çətinliklərinin səbəbləri inflyasiya, ağır sənayenin tənəzzülü, Rusiya ilə əlaqələrin kəsilməsi və COVID-19 pandemiyasının nəticələri olub. Bütün bu amillər şirkətin gəlirliliyinə mənfi təsir göstərir.

“Dəyişən şərtlərə cavab vermək üçün bizim rəqabət qabiliyyətimizi və sərmayəmizi təmin edəcək tədbirlərə ehtiyacımız var”, - şirkətin baş direktoru Elis Markul deyib.

İlkin məlumatlara görə, 80 işçi ixtisar edilə bilər. Ümumilikdə şirkətdə 1 200 nəfər çalışır.


Вернуться назад