Главная > Manset / Cəmiyyət > İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı artırılır

İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı artırılır


15-09-2023, 18:49. Разместил: azadses
İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat və ya 9,8 % artırılaraq 980,7 milyon manata çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana görə, nizamnamə kapitalının artırılması 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87,7 milyon manatla təmin ediləcək. Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi tapşırılıb.
Вернуться назад