Главная > Manset / Cəmiyyət > MN: Qanunsuz erməni silahlıları mövqelərimiz qarşısında səngər qazmağa cəhd ediblər

MN: Qanunsuz erməni silahlıları mövqelərimiz qarşısında səngər qazmağa cəhd ediblər


18-09-2023, 08:45. Разместил: azadses
Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Вернуться назад