Главная > Manset / Dünya > Qazaxıstan Prezidenti: BMT TŞ-də hərtərəfli islahatlar aparılmadan qlobal problemləri həll etmək olmaz
Qazaxıstan Prezidenti: BMT TŞ-də hərtərəfli islahatlar aparılmadan qlobal problemləri həll etmək olmaz20-09-2023, 08:00. Разместил: azadses |
Beynəlxalq ictimaiyyətin üzləşdiyi problemlər BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmadan həll edilə bilməz. “Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən söyləyib. O həmçinin bildirib ki, Şurada “orta səviyyəli dövlətlər” və bütün inkişaf etməkdə olan ölkələrin səsi eşidilməlidir. “Təhlükəsizlik Şurası dalandan çıxa bilməyəcəyinə görə, o, daha çox təmsilçi olmalıdır ki, digər ölkələr, o cümlədən Qazaxıstan sülh və təhlükəsizliyin qorunmasında daha çox rol oynaya bilsin”, - Tokayev vurğulayıb. Вернуться назад |