Главная > Manset / İdman > Messi oynamaq arzusunda olduğu klubun adını açıqlayıb

Messi oynamaq arzusunda olduğu klubun adını açıqlayıb


23-09-2023, 21:11. Разместил: azadses
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi Argentina “Nyuels Old Boys”unda oynamaq istəyir.

Bu barədə hücumçu özü bildirib.

“Mən həmişə bunu istəmişəm. Xüsusən dünya çempionu olduqdan sonra Argentinaya qayıdıb “Nyuels Old Boyz”da oynamaqdan həzz almağı düşünmüşəm. Bu komandada oynamaq mənim arzumdur”, - deyə futbolçu etiraf edib.
Qeyd edək ki, Messi yeniyetmə vaxtlarında “Nyuels Old Boys”un akademiyasında oynayıb. Bu yay Fransa PSJ-sindən ayrılıb “İnter Mayami”yə keçən hücumçunun ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Messi ABŞ-də 12 oyun keçirib, 11 qol vurub və beş məhsuldar ötürmə verib.

Mənbə: championat.com


Вернуться назад