Главная > Manset / Siyasət > Ceyhun Bayramov: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir"
Ceyhun Bayramov: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir"27-10-2023, 21:18. Разместил: azadses |
"Türkiyənin 100 illiyi təkcə qardaş ölkə deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyidir". “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib. O, Türkiyənin beynəlxalq miqyasda uğurlu vasitəçilik rolunu günü-gündən artırdığını bildirib: "Türkiyə müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət həyata keçirən, beynəlxalq səviyyədə strateji tərəfdaşların sayını artıran dövlətə çevrilib. Bu gün qardaş ölkəmiz dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdəndir. Türkiyə uğurlu daxili və xarici siyasətləri ilə yanaşı, bütün dünyada böhranların həlli üçün müraciət edilən ölkədir”. C.Bayramov qardaş Türkiyənin son yüz ildə çox çətin proseslərdən keçdiyini xatırladıb: "Türkiyə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşib, lakin bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edib". Вернуться назад |