Главная > Manset / Cəmiyyət > Kamran Musayev Prezidentin fəxri diplomu ilə təltif edilib

Kamran Musayev Prezidentin fəxri diplomu ilə təltif edilib


30-10-2023, 13:00. Разместил: azadses
Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, K.Musayev 1973-cü ilin oktyabrın 30-da Qərbi Azərbaycanın Göllü kəndində anadan olub. O, hazırda ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir.

Bu gün K.Musayevin 50 yaşı tamam olur.


Вернуться назад