Главная > Manset / Dünya > ABŞ və Cənubi Koreya hərbi malların prioritet tədarükü barədə razılığa gəliblər
ABŞ və Cənubi Koreya hərbi malların prioritet tədarükü barədə razılığa gəliblər17-11-2023, 13:00. Разместил: azadses |
ABŞ və Koreya Respublikası hərbi resursların və malların tədarükündə qarşılıqlı prioritet haqqında məcburi hüquqi qüvvə daşımayan saziş imzalayıblar. “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Koreya Respublikasının Milli Müdafiə Satınalmaları İdarəsi (DAPA) və ABŞ Müdafiə Nazirliyi Tədarük Təhlükəsizliyi Sazişi (SOSA) imzalayıb. “Cənubi Koreyanın prioritet əsasda hərbi resursları ala biləcəyi gözlənilir ki, bu da ölkəmizdə silah sistemlərinin vaxtında yerləşdirilməsinə və istismarına şərait yaradacaq”, – DAPA bildirib. Вернуться назад |