Главная > Manset / Cəmiyyət > Pərviz Şahbazov: “Birləşmiş Krallıqla bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik”
Pərviz Şahbazov: “Birləşmiş Krallıqla bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik”7-12-2023, 10:25. Разместил: azadses |
Azərbaycan Birləşmiş Krallıqla bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib. Onun sözlərinə görə, hər iki ölkə eyni yolu gedir: “Birləşmiş Krallıqla enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu sahəyə həmişə xüsusi diqqət yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə faktiki olaraq enerji keçidi baş verir”. Nazir bildirib ki, Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, enerji keçidini həyata keçirməyə çalışır: “Bərpa olunan enerji mənbələri, enerji keçidi kimi məsələlər bu gün çox aktualdır. Bu istiqamətdə müvafiq qanunlar qəbul olunub və hazırda da böyük layihələr həyata keçirilməkdədir. Bu sahədə də Birləşmiş Krallıq bizim üçün önəmli tərəfdaşdır. Hazırda BP şirkəti bizim həm neft-qaz sahəsində aparıcı partnyorumuzdu, eyni zamanda da azad olunmuş Cəbrayıl rayonunda da 240 MVt-lıq sənaye həcmli günəş stansiyasını həyata keçirən şirkətdir. Bu da çox önəmlidir. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirmək istəyirik”. O, həmçinin qeyd edib ki, 2021-ci ildə Birləşmiş Krallıqla enerji keçidi və dekarbonizasiya ilə bağlı Anlaşam Memorandumu imzalanıb: “Bu çərçivədə təxminən 2,5 il ərzində bu sahəyə aid olan kifayət qədər tədbir həyata keçirilib. Həm Birləşmiş Krallıq, həm də Azərbaycan təxminən eyni yolu gedir. Hər ikisi neft-qaz ölkəsidir və hər ikisi enerji keçidini həyata keçirməyə çalışır”. Nazir həmçinin Avropa İttifaqı ilə də enerji sahəsində əməkdaşlığın yüksək olduğunu qeyd edib: “Avropa İttifaqı ilə bizim enerji sahəsində böyük əməkdaşlığımız var. Bilirsiniz ki, dövlət başçısı və Avropa Komissiyasının prezidenti ilə ötən il imzalanan sənəd çərçivəsində bütün istiqamətlər üzrə, o cümlədən qaz təchizatı istiqaməti üzrə çox sıx əməkdaşlıq həyata keçiririk”. Вернуться назад |