Главная > Manset / Cəmiyyət > Elşad Hacıyev zəlzələ barədə: "Polis dağıntı, yaxud xoşagəlməz hal qeydə almayıb"

Elşad Hacıyev zəlzələ barədə: "Polis dağıntı, yaxud xoşagəlməz hal qeydə almayıb"


7-12-2023, 19:41. Разместил: azadses
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, zəlzələ ilə bağlı indiyə qədər növbətçi hissələrdə dağıntı, yaxud xoşagəlməz hal qeydə alınmayıb.

“Report” xəbər verir ki, o, bunu Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib.

DİN rəsmisinin sözlərinə görə, heç bir oğurluq faktı da qeydə alınmayıb.

"Zəlzələ baş verəndən dərhal sonra Bakı və digər ərazilər üzrə polis gücləndirilmiş iş rejiminə keçib. Panikaya düşməyə ehtiyac yoxdur. Yol polisi, post patrul xidməti və digər əməkdaşlar öz sahələrində aidiyyəti üzrə cəlb olunub. İndiyə qədər olan vəziyyətə görə növbətçi hissələrdə dağıntı, yaxud xoşagəlməz hal qeydə alınmayıb. Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb. Polis əməkdaşları bütün lazımi işləri görür. Vətəndaşlara tövsiyə edirik ki, heç bir panikaya düşməsinlər", - o qeyd edib.


Вернуться назад