Главная > Manset / İqtisadiyyat > Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub


22-12-2023, 11:16. Разместил: azadses
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Rəşad Məsim oğlu Məmmədovu özünə müşavir təyin edib.

"Report" AMB-yə istinadən xəbər verir ki, bununla da, onun müşavirlərinin sayı 4-ə çatıb.

R.Məmmədov bundan əvvəl "PAŞA Bank" ASC-də çalışıb, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-cü illərdə Əməliyyat departamentinin direktoru işləyib.


Вернуться назад