Главная > Manset / Siyasət > BTQ-in icraçı direktoru: “Dekolonizasiya problemi kollektiv səylər tələb edir”

BTQ-in icraçı direktoru: “Dekolonizasiya problemi kollektiv səylər tələb edir”


22-12-2023, 18:00. Разместил: azadses
Dekolonizasiya məsələsi kollektiv səylər tələb edir.

“Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Son üç ay ərzində BTQ bu mövzuda 4 beynəlxalq konfrans keçirib. Bugünkü konfrans bu problemlə mübarizədə yeni səhifə olacaq", - o bildirib.

Onun sözlərinə görə, dekolonizasiya statik konsepsiya deyil, o, daim dəyişir, ona görə də onların həlli üçün bu məsələləri daim beynəlxalq arenada qaldırmaq lazımdır.
Вернуться назад