Главная > Manset / Dünya > Alimlər sonsuzluğun inkişafı ilə birbaşa əlaqəli olan beyin hüceyrələrini aşkar etdilər
Alimlər sonsuzluğun inkişafı ilə birbaşa əlaqəli olan beyin hüceyrələrini aşkar etdilər25-12-2023, 15:28. Разместил: azadses |
Xüsusi beyin hüceyrələri yumurtalıqların fəaliyyətinə nəzarət edən hormonların ifraz olunmasına cavabdehdir. “Scientific Reports” jurnalında dərc edilən bu kəşf kənd heyvanlarında və insanlarda sonsuzluğun effektiv müalicə üsullarını inkişaf etdirməyə kömək edəcək. Tədqiqatçılar kisspeptin zülalının ifrazına cavabdeh olan “Kiss1” genini çıxararaq dişi siçovulların genetik modifikasiyasına nail olublar. Gen yalnız dinorfin maddəsinə həssas olan beyin sinir hüceyrələrində (neyronlarda) çıxarılıb. Bu, siçovulların məhsuldarlığının zəyifləməzinə səbəb olub. Belə ki, onların yumurtalıqları daha az kütləyə malik olub, həm də onlar adi siçovullardan daha az bala dünyaya gətiriblər. Sonrakı təcrübələr göstərdi ki, dinorfinə həssas neyronlar follikul stimullaşdırıcı hormon və GnRH hormonunun sərbəst buraxılmasını tənzimləyir. Bütün məməlilərdə, o cümlədən insanlarda yumurtalıqların fəaliyyətindən məsuldurlar. Bu proseslər pozulduqda, yumurtanın mayalanması çətin və ya qeyri-mümkündür. Qeyd edək ki, əvvəlki tədqiqatlar dinorfinin reproduktiv sistemdə mühüm rol oynadığını təsdiqləyib. Yeni iş ilk dəfə bu təsirin mexanizmlərini aşkarlayıb və bu sonsuzluğun müalicəsi üçün nəzərdə tutulmuş dərmanların hazırlanmasında faydalı ola bilər. Mənbə: gazeta.ru Вернуться назад |