Главная > Manset / İqtisadiyyat > Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb26-12-2023, 18:00. Разместил: azadses |
Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 997,4 milyon manat xalis mənfəət əldə edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur. 11 ay ərzində bankların əməliyyat gəlirləri 4 milyard 393,4 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,8 % çox), əməliyyat xərcləri 2 milyard 828,3 milyon manat (24,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 315,7 milyon manat (39,4% çox), digər gəlirləri 2,6 milyon manat (1 il bundan əvvəl xərc olub), mənfəət vergisi ödəmələri isə 254,6 milyon manat (29,5 % çox) təşkil edib. Вернуться назад |