Главная > Manset / İqtisadiyyat > Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib
Prezident İcbari tibbi sığorta fondunun gələnilki büdcəsini təsdiq edib27-12-2023, 08:00. Разместил: azadses |
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib. "Report" xəbər verir ki, gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub. 2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq. Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək. Вернуться назад |