Главная > Manset / Dünya > Şimali Koreya lideri: “2024 müharibəyə hazırlığın zirvə ili olacaq”

Şimali Koreya lideri: “2024 müharibəyə hazırlığın zirvə ili olacaq”


1-01-2024, 17:06. Разместил: azadses
Şimali Koreya lideri Kim Çen In hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.

Kim Çen In müvafiq bəyanatı Şimali Koreya ordusunun komandirləri ilə Yeni il görüşündə səsləndirib.

O vurğulayıb ki, Pxenyan düşmənləri məhv etmək üçün bütün supergüclü silah arsenalından istifadə etməyə hazırdır.
KXDR lideri əlavə edib ki, 2024 müharibəyə hazırlığın gücləndirilməsi üçün zirvə ili olacaq.

Mənbə: Kcna.kp


Вернуться назад