Главная > Manset / Cəmiyyət > Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib

Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya edib


11-01-2024, 10:24. Разместил: azadses
Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib.

Məlumata görə, müraciət edənlərdən yalnız 31-inə qaçqın statusu verilib. 7964 ərizəçinin göstərdiyi səbəb qaçqın statusu almaq üçün uyğun olmayıb.

Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk etmələri barədə bildiriş göndərib.

Ötən il Almaniyadan Gürcüstana deportasiya edilənlərdən 245-i milliyyətcə azərbaycanlıdır.

2023-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihəsindən yararlanan Gürcüstan azərbaycanlılarının sayında da artım qeydə alınıb.

BMqT-nin dəstəyi ilə Gürcüstana qayıdan şəxslərə, kiçik fermer təsərrüfatı, xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmaq üçün nağd və qeyri-nağd şəkildə ödənişlər edilib.


Вернуться назад