Главная > Manset / Cəmiyyət > Nazirlik rəsmisi: "Əmək hüquqlarının həyata keçirilməsinə elektron qaydada nəzarət edirik"

Nazirlik rəsmisi: "Əmək hüquqlarının həyata keçirilməsinə elektron qaydada nəzarət edirik"


16-01-2024, 12:05. Разместил: azadses
Moratorium səbəbindən bu il də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar həyata keçirilməyəcək.

"Report"un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ölkədə yoxlamaların aparılmasına moratorium tətbiq olunub. Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən planlı yoxlamalar həyata keçirilmir.

"Hazırda müfəttişlik tərəfindən yalnız vətəndaşların müraciəti əsasında yoxlamalar aparıla bilər. Bir sıra hallarda biz hədəf kimi bu sahədə nəzarətin elektron sistemlər üzərindən həyata keçirilməsini özümüz üçün müəyyən etmişik. Elektron sistemlər imkan verdiyi səviyyədə əmək hüquqlarının həyata keçirilməsinə nəzarət edirik. Planlı yoxlamalar isə 2024-cü ildə də dayandırılıb və bu, nəzərdə tutulmayıb", - deyə nazir müavini əlavə edib.


Вернуться назад