Главная > Manset / Cəmiyyət > "Muğan Bank"ın ipoteka kreditləri portfeli 6 banka ötürülüb

"Muğan Bank"ın ipoteka kreditləri portfeli 6 banka ötürülüb


19-01-2024, 17:07. Разместил: azadses
Ləğv prosesində olan "Muğan Bank" ASC-nin ipoteka kreditləri portfeli 6 banka ötürülüb.

"Report"un əldə etdiyi məlumata görə, həmin banklar "Bank Respublika", "Express Bank", "PAŞA Bank", "Premium Bank", "Rabitəbank" və "Turan Bank" ASC-lərdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Muğan Bank"ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib.
Вернуться назад