Главная > Manset / Hadisə > Ötən gün vətəndaşlardan 12 silah götürülüb

Ötən gün vətəndaşlardan 12 silah götürülüb


25-01-2024, 14:37. Разместил: azadses
Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah və sursat götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 1 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd patron darağı və 2068 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 3 ədəd patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


Вернуться назад