Главная > Manset / İdman > "Neftçi" bu gün Mehdi Hüseynzadə adına stadionda "Sumqayıt"ın qonağı olacaq
"Neftçi" bu gün Mehdi Hüseynzadə adına stadionda "Sumqayıt"ın qonağı olacaq4-02-2024, 11:18. Разместил: azadses |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Report"un məlumatına görə, ilk olaraq "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. "Ağ-qaralar" 32 xalla ikinci, "gənclik şəhəri təmsilçisi" 31 xalla üçüncü sıradadır. Günün ikinci oyununda "Zirə" "Qəbələ"nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cu, paytaxt klubu 30 xalla 4-cüdür. Azərbaycan Premyer Liqası XXI tur 15:00. “Sumqayıt” – “Neftçi” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli. Hakim-inspektor: Barış Şimşək. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 17:30. “Qəbələ” – “Zirə” Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Qəbələ şəhər stadionu Qeyd edək ki, tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1. Вернуться назад |