Главная > Manset / İqtisadiyyat > “Fitch Ratings” Azərbaycanla bağlı iqtisadi proqnozlarını açıqlayıb
“Fitch Ratings” Azərbaycanla bağlı iqtisadi proqnozlarını açıqlayıb17-02-2024, 08:00. Разместил: azadses |
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Bu barədə “Report” agentliyin saytına istinadən xəbər verir. “BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Qeyd olunur ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 14,8 faizinədək azalıb, bu, “BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır. Agentlik bildirib ki, neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2024-2025-ci illərdə ölkədə profisitlərin güclü qalacağı gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 69,8 milyard ABŞ dollarına çatıb. Bunun 80 faizi ARDNF-in payına düşüb. Bundan başqa 2023-cü ildə ÜDM-in 67%-i səviyyəsində təxmin edilən Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-2025-ci illərdə sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir. Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və qlobal ərzaq qiymətlərinin aşağı düşməsi sayəsində 2023-cü ildə orta inflyasiya 9%-ə düşüb: “2024-cü ildə inflyasiyanın 4,5%-ə qədər daha da azalacağını proqnozlaşdırırıq”. Agentlik bu il Azərbaycanda iqtisadi artımın 2,8%-ə yüksələcəyini proqnozlaşdırıb. “Biz artımın 2024-cü ildə 2,8%-ə və 2025-ci ildə 2,5%-ə qədər bərpa ediləcəyini gözləyirik, bu da dövlət sərmayəsi ilə dəstəklənəcək, eyni zamanda, yeni neft hasilatı enerji sektorunda azalmanı yavaşlada bilər”- Fitch qeyd edib. Вернуться назад |