Главная > Manset / Siyasət > Bakıda COP26-nın prezidenti ilə COP29-a hazırlıq məsələləri müzakirə edilib
Bakıda COP26-nın prezidenti ilə COP29-a hazırlıq məsələləri müzakirə edilib17-02-2024, 12:16. Разместил: azadses |
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub. "Report" xəbər verir ki, bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "X" hesabında paylaşım edib. Bildirilib ki, görüş zamanı tərəflər COP29-a hazırlıq məsələlərini müzakirə edilib. Qeyd edək ki, COP26 Şotlandiyanın Qlazqo şəhərində keçirilib. Вернуться назад |