Главная > Manset / Siyasət > Avropalı politoloq: Azərbaycan Serbiyanın nüfuzunun artırılmasında həlledici rol oynayıb

Avropalı politoloq: Azərbaycan Serbiyanın nüfuzunun artırılmasında həlledici rol oynayıb


27-02-2024, 10:33. Разместил: azadses
Azərbaycan ardıcıl olaraq beynəlxalq hüquq normalarına əməl edir.

Bunu "Report"a açıqlamasında serbiyalı politoloq Stefan Antiç Azərbaycan-Serbiya münasibətlərini şərh edərkən deyib.

Ekspert xatırladıb ki, Belqrad və Bakı dost, etibarlı tərəfdaş olmaqla Qərbin siyasi təzyiqlərinə baxmayaraq, həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləyib: “Bu qarşılıqlı dəstək etimadın möhkəmləndirilməsi və dostluq münasibətlərimizin qorunub saxlanması üçün əsas olub”.

Antiçin sözlərinə görə, Azərbaycan bütün kiçik dövlətlərin, o cümlədən Serbiyanın nüfuzunun artırılmasında həlledici rol oynayıb: “Birincisi, Azərbaycan regional təhlükəsizliyə məsuliyyətli yanaşmaqla öz ərazi bütövlüyünün qorunmasında layiqli nümunə göstərib. İkincisi, o, həm Türkiyə, həm də Rusiya ilə əməkdaşlıq edərək Cənubi Qafqazda təhlükəsizlik balansını uğurla qoruyub”.

Ekspertin fikrincə, bu, ərazi bütövlüyü problemi ilə üzləşən kiçik dövlətlər üçün nümunədir.

O qeyd edib ki, Azərbaycan müttəfiqlərini həm diplomatik, həm də iqtisadi cəhətdən ardıcıl dəstəkləyir: “Cənubi Qafqazda mühüm oyunçu kimi Azərbaycan hazırda həm böyük, həm də orta dövlətlərlə yaxşı münasibətlər saxlayır. Bununla da o, unikal mövqeyə malik olur. Onun dostluq münasibətləri Serbiya və digərləri üçün son dərəcə dəyərlidir”.


Вернуться назад