Главная > Manset / Dünya > Metal izi olan zombi ulduzu aşkarlanıb
Metal izi olan zombi ulduzu aşkarlanıb28-02-2024, 15:30. Разместил: azadses |
İrlandiyadakı Arma Rəsədxanasının və London Universitet Kollecinin britaniyalı astronomları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə çapıqlara bənzəyən metal səpintiləri olan qeyri-adi sönmüş “WD 0816-310” ulduzunu aşkar ediblər. Obyekt öz növünün ilkidir. Sönmüş ulduzlar və ya ağ cırtdanlar Günəş kimi ulduzların mövcudluğunun son mərhələlərində əmələ gəlirlər. Kəşf müəlliflərinin fikrincə, “WD 0816-310”un əsas xüsusiyyəti ağ cırtdanın zombi kimi ətrafdakı planetləri və asteroidləri udmaqla aldığı metal izləridir. Mənbə: Gazeta.ru Вернуться назад |