Главная > Manset / Siyasət > Azərbaycan BMT-yə üzvlük haqqını tam ödəyib

Azərbaycan BMT-yə üzvlük haqqını tam ödəyib


6-03-2024, 08:00. Разместил: azadses
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycan ötən illərdə olduğu kimi BMT-nin büdcəsini formalaşdıran üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb.

Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib.

Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv olan 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir.

Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir. BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur.

Xatırladaq ki, Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul olunan qətnamə ilə üzvlüyə seçilib. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.


Вернуться назад