Главная > Manset / Dünya > Ərdoğanla Zelenski arasında görüş İstanbulda baş tutacaq

Ərdoğanla Zelenski arasında görüş İstanbulda baş tutacaq


8-03-2024, 09:42. Разместил: azadses
Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda aparılacaq, bundan sonra birgə mətbuat konfransı planlaşdırılır.

"Report"un məlumatına görə, bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.

"Prezidentlər Ərdoğan və Zelenski arasında görüşün yerli vaxtla təxminən saat 19:00-da Prezidentin İstanbulda, Dolmabaxçadakı iş kabinetində baş tutacağı gözlənilir. Görüşdən sonra mətbuat konfransı planlaşdırılır", - agentliyin həmsöhbəti bildirib.

Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhəsəbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.


Вернуться назад