Главная > Manset / Dünya > NBC: Bayden Missisipi ştatında ilkin seçkilərdə qalib gəlib
NBC: Bayden Missisipi ştatında ilkin seçkilərdə qalib gəlib13-03-2024, 16:16. Разместил: azadses |
ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Demokratlar Partiyasının Missisipi ştatında keçirilən ilkin seçkilərində qalib gəlib. “Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Missisipidəki ilkin seçkilərdə Demokratlar Partiyasının qarşıdan gələn milli qurultayında partiyadan prezidentliyə namizəd olmaq üçün bu və ya digər iddiaçını dəstəkləyəcək nümayəndələr seçilir. İlkin seçkilərin nəticələrinə əsasən ştatda 35 nümayəndənin səsi bölünəcək. Bülletenlərin hesablanması hələ tamamlanmayıb. Proqnozlara görə, ABŞ-nin hazırkı lideri səslərin 94 %-dən çoxunu qazanıb və çox güman ki, ştatda qələbəsini təmin edəcək. Martın 12-də Corciya ştatında keçirilən praymerizlərin nəticələrinə görə, Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizəd irəli sürüləcək Demokratlar Partiyasının milli qurultayının kifayət qədər nümayəndəsinin dəstəyini qazanıb. Ümumilikdə Bayden 2 mindən çox nümayəndə səsi toplayıb. Milli qurultayda Demokratlar Partiyasının prezidentliyə namizəd olmaq üçün iddiaçı 1 968 nümayəndənin dəstəyini almalıdır. Вернуться назад |