Главная > Manset / Dünya > İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib

İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib


20-04-2024, 10:30. Разместил: azadses
İsrail aprelin 19-da İrana hücumu zamanı üç ballistik raketdən istifadə edib.

“Report” xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, raketlər İranın aviabazasına yönəlib.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir müddət əvvəl İsfahan səmasında kimin PUA-larının vurulduğunu araşdırdığını bildirib.

İsrail rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda “The Washington Post” qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu hücumu həyata keçirdiyini təsdiqləyib.


Вернуться назад